Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Trend dövlət xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 110 518 ədəd belə NKA quraşdırılıb.
Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.
"2025-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28 milyard 162,0 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 mlrd. manat, yaxud 14,8 faiz çoxdur", - məlumatda vurğulanıb.
