...

“Azər-Türk Bank” ASC-də rəhbər heyətə yeni təyinat baş tutub

İqtisadiyyat Materials 23 Yanvar 2026 17:16 (UTC +04:00)
“Azər-Türk Bank” ASC-də rəhbər heyətə yeni təyinat baş tutub

Bakı.Trend:

“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Fuad Məmmədli bankın İdarə Heyəti sədrinin müavini və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.

Fuad Məmmədli maliyyə sahəsində 13 ildən artıq peşəkar təcrübəyə malikdir. Karyerası ərzində “Dəmirbank”, “Ziraat Bank Azərbaycan”, “Unibank” və “Expressbank”da Maliyyə direktoru, Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü kimi rəhbər vəzifələrdə çalışıb, maliyyə menecmenti və strateji planlaşdırma sahəsində zəngin təcrübə toplayıb.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.

Fuad Məmmədli Azər Türk Bankın maliyyə blokunun idarə edilməsi, strateji hədəflərin icrası və maliyyə dayanıqlığının təmin edilməsində məsul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti