...

Bakıda Dünya Bankının nümayəndələri ilə Orta Dəhliz müzakirə olunub

İqtisadiyyat Materials 26 Yanvar 2026 15:51 (UTC +04:00)
Bakıda Dünya Bankının nümayəndələri ilə Orta Dəhliz müzakirə olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastruktur üzrə regional direktoru cənab Çarlz Kormier və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays Orta Dəhlizin inkişafını müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz rəsmi “X” səhifəsində yazıb.

“Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastruktur üzrə regional direktoru cənab Çarlz Kormier və Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşdə DB ilə ölkəmizin səmərəli əməkdaşlığını məmnunluqla vurğuladıq. Birgə reallaşdırılan layihələrin icra vəziyyətini dəyərləndirərək, şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regional perspektivlərini, şəhər mobilliyi, bərpaolunanenerji və "yaşıl" iqtisadiyyata keçid təşəbbüslərinə potensial dəstək imkanlarını nəzərdən keçirdik”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti