...

Azərbaycanda AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi artıb

İqtisadiyyat Materials 28 Yanvar 2026 15:02 (UTC +04:00)
Azərbaycanda AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 368,8 milyon manat, miqdarı isə 1,5 milyon ədəd olub.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.

2024-cü illə müqayisədə AÖS vasitəsilə aparılmış əməliyyatların həcmi 258,9 milyon manat və ya 3,4 dəfə, miqdarı isə 1,384 milyon ədəd və ya 15 dəfə artıb.

2024-cü ildə AÖS vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 109,9 milyon manat təşkil edib, sayı isə 99 min ədəd olub.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369 nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım 8% və ya 2,026 nəfər olub.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil edib.

Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti