...

Neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7%-dən çox artıb

İqtisadiyyat Materials 28 Yanvar 2026 15:19 (UTC +04:00)
Neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18,828 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1,267 milyard manat və ya 7,2 faiz çoxdur .

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

2025-ci ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 23,1 faizi və ya 4,347 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,9 faizi və ya 14,481 milyard manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52,0 faizi və ya 2,260 milyard manatı “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi, 41,3 faizi və ya 1,795 milyard manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 faizi və ya 291,7 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti