...

Ehtiyat fondlarından ayırmalar 2 dəfədən çox artıb

İqtisadiyyat Materials 28 Yanvar 2026 15:25 (UTC +04:00)
Ehtiyat fondlarından ayırmalar 2 dəfədən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanın dövlət büdcəsində ehtiyat fondları üçün nəzərdə tutulmuş vəsaitin 1,612 milyard manatı maliyyələşdirilib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,25 dəfə çoxdur.

Belə ki, 2025-ci ildə dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmamış bəzi tədbir və xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 41,7 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 1569,9 milyon manat, cəm olaraq 1611,6 milyon manat (“Büdcə sistemi haqqında” Qanunun 19.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsində qənaət olunmuş vəsaitdən dövlət büdcəsinin ehtiyat fonduna yönəldilmiş 1594,3 milyon manat də nəzərə alınmaqla) istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti