Bakı. Trend:
Sığorta şirkətlərinin BOKT istiqrazlarını ala bilməsi üçün Mərkəzi Banka müraciət ünvanlanması üçün müəyyən addımlar atıla bilər.
Trend xəbər verir ki, bunu “Azərbaycan Kapital Bazarları Assosiasiyası” İctimai Birliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov bu gün Bakıda keçirilən Mikromaliytə Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda sığorta şirkətləri bank olmayan kredit təşkilatlarının (BOKT) istiqrazlarını ala bilmirlər:
"Biz assosiasiyalar — Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Banklar Assosiasiyası — birlikdə Mərkəzi Banka müraciət edə bilərik".
"Yəni həm alış, həm də satış tərəfinin bununla bağlı tələbi var. Xüsusən də Milli Reytinq Təşkilatının yaradılması ilə bağlı qanunvericilik layihəsi hazırlandıqdan sonra bu mövzuya diqqət yetirilə bilər”, - O. Bağırov vurğulayıb.
