...

Azərbaycanda BKM vasitəsilə avro ilə aparılan əməliyyatlar üzrə göstəricilər açıqlandı

İqtisadiyyat Materials 30 Yanvar 2026 20:58 (UTC +04:00)
Azərbaycanda BKM vasitəsilə avro ilə aparılan əməliyyatlar üzrə göstəricilər açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda Beynəlxalq Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 17,8 min ödəniş əməliyyatı həyata keçirilib ki, əməliyyatların ümumi məbləği 2 milyon avro təşkil edir.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərici təxminən 1,2 min əməliyyat və ya 7,2% azalıb, əməliyyatların məbləği isə dəyişməyib.

2024-cü ildə Azərbaycanda BKM vasitəsilə 16,6 min ödəniş əməliyyatı həyata keçirilmiş və onların ümumi məbləği 2 milyon avro təşkil edib.

Xatırladaq ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur. Bu, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və yekun icrasını həyata keçirir. BKM müxtəlif bankların kartları ilə aparılan ödənişlərin düzgün şəkildə həyata keçirilməsini təmin edən bir növ “körpü” funksiyasını yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti