Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Fintrend” BOKT MMC-nin vəzifəli şəxsini 2 min manat cərimə edib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Fintrend" Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2 000 (iki min) manat məbləğində cərimə edilib”, - məlumatda qeyd edilib.
