...

AMB ötən il satılmayan 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib

İqtisadiyyat Materials 4 Fevral 2026 11:56 (UTC +04:00)
AMB ötən il satılmayan 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı ötən il valyuta bazarında (AMB) satılmayan 541 milyon dolları Maliyyə Nazirliyinə transfer edib.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

Sədrin sözlərinə görə, xarici valyutada olan vəsaitin bir hissəsi Maliyyə Nazirliyinə manata çevrilmədən transfer olunub: "Növbəti aylarda, sözsüz ki, tələb yarandığı şəraitdə biz onu valyuta bazarında istifadə edəcəyik. Amma yenə də, əhali daha çox valyuta satıb, nəinki alıb. Transfer məbləğini nəzərə alsaq, hardasa 400-450 milyona dollar valyuta az satılıb. Çünki tələb yoxdur".

T. Kazımov vurğulayıb ki, yanvarda da valyuta bazarında hansısa xüsusi artım olmayıb: "Təxminən 300-350 milyon dollar satış olub, plana görə isə 700 milyon dollara yaxın valyuta satılmalı idi. ​Eyni zamanda biz nağd alışları da nəzərdən keçiririk. Yanvar ayında son 3-4 ildə ən aşağı nəticə qeydə alınıb. 18 milyon ABŞ dolları mənfi saldo qeydə alınıb. Yəni, əhali aldığından 18 milyon ABŞ dolları valyuta satıb. Bu da son 3-4 ildə yanvar ayı üçün ən aşağı göstəricidir. Ona görə valyuta bazarında sabitlik mövcuddur və hansısa risklər biz burda görmürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti