Bakı. Trend:
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artıb və 17,2 milyon manatdan çox olub.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,9 faiz artaraq 14,5 milyon manata yaxın təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 50,3 milyon manat çoxdur.
