Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında ekspertlərlə makroiqtisadi proseslər müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “X” hesabında paylaşım edib.
“Dünən Mərkəzi Bankda ekspertlərlə artıq ənənəvi xarakter alan
növbəti görüşümüz baş tutdu.
Görüşdə müzakirələr zamanı makroiqtisadi proseslər, pul siyasətinin
ötürücülüyü, bank sektorunda kredit və əmanət faizlərinin
dinamikası, eləcə də mərkəzi bankçılıq gündəmində yer alan digər
aktual məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Görüşdə
iştirak edən və öz dəyərli fikirlərini bölüşən bütün ekspertlərə
təşəkkürümü bildirirəm.
İnanıram ki, bu cür platformalar qarşılıqlı etimadın güclənməsinə, davamlı və səmərəli dialoqun formalaşmasına mühüm töhfə verir”, - deyə paylaşımda qeyd edilib.
