...

Sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək - Vüsal Məsiyev

İqtisadiyyat Materials 10 Fevral 2026 11:52 (UTC +04:00)
Sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək - Vüsal Məsiyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti dövrdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək.

Trend xəbər verir ki, bunu bu gün İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Vüsal Məsiyev büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdirilir: "İSB-nin əsas məqsədi icbari sığorta sisteminin sabitliyinin təmin edilməsi, sığorta olunanların və üçüncü şəxslərin maraqlarının qorunmasıdır. Son illərdə bu sahədə texniki və institusional islahatlar aparılıb, kadr potensialının gücləndirilməsi, həmçinin ictimaiyyətin sığorta savadlılığının artırılması istiqamətində mühüm addımlar atılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti