...

İSB-nin investisiya portfelinin gəlirliliyi açıqlanıb

İqtisadiyyat Materials 10 Fevral 2026 11:54 (UTC +04:00)
İSB-nin investisiya portfelinin gəlirliliyi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İcbari Sığorta Bürosunun (İSB) dayanıqlı maliyyə və zəmanət fondu üzrə investisiya portfelinin gəlirliliyi proqnozları üstələyib.

Trend xəbər verir ki, bunu bu gün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.

"Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyə və zəmanət fondu üzrə effektiv kompensasiya ödənişləri və subroqasiya mexanizmlərinin qurulması üçün subroqasiya işinin təkmilləşdirilməsinə dair qaydalar və prosedurlar hazırlanaraq təsdiq edib. Nəticədə investisiya portfelinin dəyəri artıb. Belə ki, hədəf olaraq müəyyən edilmiş 5,9 milyon portfel gəliri 6,5 milyon manat səviyyəsində icra olunub", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti