...

Azərbaycanda icbari sığorta ilə əhatə olunan daşınmaz əmlakların sayı 200 minə çatır - İSB rəsmisi

İqtisadiyyat Materials 10 Fevral 2026 12:08 (UTC +04:00)
Azərbaycanda icbari sığorta ilə əhatə olunan daşınmaz əmlakların sayı 200 minə çatır - İSB rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda icbari sığorta mexanizmi çərçivəsində sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb.

Trend xəbər verir ki, bunu bu gün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmayılov büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.

"Daşınmaz əmlakın istismarı ilə bağlı qüvvədə olan icbari sığorta (DAİMMİS) üzrə şəhadətnamələrin sayı 22 min, daşınmaz əmlakın icbari sığortası (DAİS) üzrə isə 192 min 355 olub. Statistik göstəricilərə əsasən, standart icbari avtonəqliyyat sığortası üzrə şəhadətnamələrin sayı isə 1 milyon 617 min 677 təşkil edir", - o deyib.

İ. İslamov əlavə edib ki, sərhəd sığortası üzrə 45 min 275, “Yaşıl Kart” sığortası üzrə 6 min 547 şəhadətnamə qeydə alınıb.

O qeyd edib ki, sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə şəhadətnamələrin sayı isə 200-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti