Bakı. Trend:
"Azərbaycan Hava Yolları" QSC (AZAL) və Qazaxıstanın “Air Astana” şirkəti arasında kommersiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.
“Air Astana” şirkətinin prezidenti və baş icraçı direktoru Piter
Foster ilə faydalı bir görüş keçirdik.
Görüş zamanı regiondakı sərnişin aviadaşımalarının mövcud vəziyyəti
və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Eyni
zamanda, iki aviasiya tərəfdaşı arasında kommersiya əməkdaşlığının
genişləndirilməsi mövzusunu da müzakirə etdik”
Ötən il ərzində AZAL Qazaxıstanın Almatı, Aktau və Astana
şəhərlərinə 845 uçuş (gediş-gəliş) həyata keçirilməklə 200 mindən
çox sərnişinin daşınmasını təmin edib. Bu nəticə tərəflər arasında
strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin
yaradır”, - paylaşımda qeyd edilib.
