...

Azərbaycandakı kommersiya banklarının strateji hədəfləri müzakirə edildi

İqtisadiyyat Materials 11 Fevral 2026 15:06 (UTC +04:00)
Azərbaycandakı kommersiya banklarının strateji hədəfləri müzakirə edildi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarının strateji hədəfləri, həmçinin tənzimləmə və nəzarət mexanizmlərinin daha da gücləndirilməsi üzrə prioritetlər müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "Linkedln" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə 2026-cı ilin ilk görüşünü keçirdik.

Görüş çərçivəsində bank sektorunun 2025-ci il üzrə fəaliyyətinin yekunları, inkişaf perspektivləri, eləcə də maliyyə sabitliyinə təsir göstərə biləcək əsas struktur və mövcud çağırışları müzakirə etdik. Bu zaman sektorun dayanıqlılığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin dərinləşdirilməsi və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə tutulan tədbirlərdən danışdıq.

Görüş zamanı cari il üzrə strateji hədəflər, həmçinin tənzimləmə və nəzarət mexanizmlərinin daha da gücləndirilməsi üzrə prioritetlər ətrafında geniş fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti