...

SOCAR Fiber TANAP boyunca enerji və məlumat axınları üçün strateji körpüyə çevrilir

İqtisadiyyat Materials 12 Fevral 2026 12:02 (UTC +04:00)
SOCAR Fiber TANAP boyunca enerji və məlumat axınları üçün strateji körpüyə çevrilir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“SOCAR Türkiye”nin törəmə şirkəti olan “SOCAR Fiber” Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) boyunca enerji və məlumat axınları üçün strateji körpüyə çevrilir.

Bu barədə Trend “SOCAR Türkiye”yə istinadən xəbər verir.

“Rəqəmsal dünyada saniyələr ərzində baş verən məlumat axını yalnız möhkəm infrastruktur mövcud olduqda sabit və etibarlı olur. Yüksək sürətli internetə tələbatın artması, aşağı gecikmə və təhlükəsizliklə bağlı yüksələn tələblər fiber-optik infrastrukturu müasir kommunikasiya şəbəkələrinin əvəzolunmaz elementinə çevirib.

Bu gün fasiləsiz bağlantı, səmərəlilik və təhlükəsizlik təkcə fərdi istifadəçilər üçün deyil, həm də maliyyə, səhiyyə, təhsil, energetika və logistika kimi zəruri əhəmiyyətli sahələr üçün strateji önəm daşıyır. Buna görə də infrastruktur yatırımları yalnız texnoloji deyil, həm də iqtisadi və sosial inkişafın əsasını formalaşdırır”, – “SOCAR Türkiye” bildirir.

Qeyd olunur ki, Türkiyənin şərqindən qərbinə uzanan 1 850 kilometrlik “SOCAR Fiber” marşrutu bu sahədə ən mühüm investisiyalardan biridir: “TANAP qaz kəməri boyunca çəkilmiş bu xətt təkcə enerji deyil, həm də məlumat axınları üçün strateji körpü rolunu oynayır”.

“Marşrut Bursa, Eskişehir, Ankara, Sivas, Ərzurum və Qars kimi şəhərlərin yaxınlığından keçir və hər iki tərəfdən ikiqatlı kabellərlə qurulub ki, bu da rezervləmə və yüksək etibarlılığı təmin edir. Bu, fasiləsiz internet bağlantısının ən vacib komponentlərindən birini təcəssüm etdirir.

SOCAR Fiber infrastrukturu təkcə şəhərlərarası əlaqəni gücləndirmir, həm də beynəlxalq bağlantıların şaxələndirilməsinə töhfə verir. Yunanıstan və Gürcüstan sərhədlərinə qədər uzanan xətt Avropadan Qafqaza və Xəzər regionu ölkələrinə qədər geniş coğrafiyanı əhatə edir”.

“Bu kontekstdə Türkiyə təkcə enerji deyil, həm də rəqəmsal məlumat dəhlizinə çevrilmək istiqamətində mühüm addım atır”, – məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, “SOCAR Fiber” xətti həmçinin Cənub Qaz Dəhlizi boyunca Azərbaycandan İtaliyaya qədər uzanan enerji infrastrukturu ilə inteqrasiya olunur:

“Bu, şərq-qərb oxu boyunca təkcə Türkiyə üçün deyil, bütün region üçün güclü, təhlükəsiz və yüksək ötürmə qabiliyyətinə malik məlumat ötürmə xəttinin mövcudluğunu təmin edir.

Enerji və kommunikasiya xətlərinin eyni marşrut üzrə inşası infrastruktur investisiyalarında sinerji yaradır. Bu yanaşma yalnız vəsaitə qənaət etməklə kifayətlənmir, həm də həm enerji, həm də rəqəmsal kommunikasiyanın təhlükəsizliyini artıraraq regional əməkdaşlığı gücləndirir”.

Vurğulanır ki, fiber-optik infrastrukturun təmin etdiyi təhlükəsiz və sürətli bağlantı rəqəmsal iqtisadiyyatın inkişafına birbaşa töhfə verir.

Məlumata görə, data mərkəzlərinə və bulud hesablamalarına çıxışdan tutmuş onlayn təhsilə və “ağıllı şəhər” tətbiqlərinə qədər – bir sözlə, etibarlı internet infrastrukturu texnoloji tərəqqinin fundamental tələbinə çevrilir.

“SOCAR Fiber-in TANAP marşrutu boyunca həyata keçirdiyi investisiyalar sayəsində Türkiyənin şərqindən qərbinə uzanan bu fiber magistral yalnız bugünkü deyil, gələcək rəqəmsal tələbatları da qarşılayır, yüksək sürət, aşağı gecikmə və etibarlı bağlantını təmin edir.

Fiber texnologiyaları internet sürətinin artırılması ilə yanaşı, iqtisadi artımdan qlobal rəqabətədək, fərdi istifadəçi təcrübəsindən beynəlxalq məlumat axınlarınadək müxtəlif sahələrdə dayanıqlı rəqəmsal transformasiyanı təmin edir.

Türkiyənin şərqindən qərbinə uzanan SOCAR Fiber xətti Cənub Qaz Dəhlizinin təmin etdiyi regional bağlantılarla birlikdə təkcə infrastruktur investisiyası deyil, həm də rəqəmsal gələcəyin ən güclü dayaqlarından biri kimi seçilir”, – SOCAR bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti