...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi "Bakı-Tbilisi-Qars" layihəsi ilə bağlı Dünya Bankının dəstək göstərəcəyini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbyacanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan Dünya Bankının davamlı inkişaf sektorunun rəhbəri Piter Tompson ilə görüşüb.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın mövcud vəziyyəti, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin gedişi və gələcək inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edilib ki, indiyədək Dünya Bankının maliyyə dəstəyi ilə ölkəmizdə, ümumi məbləği 450 mln. ABŞ dolları olan 16 layihə həyata keçirilib, hazırda isə, dəyəri 537 mln. ABŞ dolları təşkil edən 18 layihə icra olunmaqdadır.

Nazir Dunya Bankı ilə əməkdaşlığın vacibliyini vurğulayıb və Dünya Bankının "Bakı-Tbilisi-Qars" layihəsinin həyata keçirilməsinə dəstək göstərəcəyinə ümid etdiyini vurğulayıb.

Cənab Tomson Dünya Bankının strukturunda aparılan dəyişiklik barədə məlumat verərək bildirmişdir ki, Bankın İnfrastruktur sektoru ilə Ətraf Mühit sektoru birləşdirilmiş və Davamlı İnkişaf sektoru yaradılmışdır. Növbəti 3 ildə Azərbaycanda həyata keçiriləcək layihələrin 80%-i məhz bu sektor vasitəsilə maliyyələşdiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti