...

Oktyabrda Əmək Nazirliyi 2007-ci ilin son əmək yarmarkalarını həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir S.Babayeva/ Oktyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin son əmək yarmarkalarını Azərbaycanın üç şəhərində həyata keçirəcək. Bu barədə bazar ertəsi Nazirliyin Baş Məşğulluq İdarəsindən məlumat verilib.

Əmək yarmarkaları oktyabrın 5-də Sumqayıt və Gəncədə keçiriləcək. Bakıda son yarmarkalırın keçirilmə tarixi, hələ ki, müəyən edilməyib.

2007-ci ilin may ayından etibarən, ƏƏSMN Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın 52 şəhər və rayonunda əmək yarmarkaları keçirib. Nəticədə, 4754 nəfər işə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti