...

Biz sement bazarında rəqabəti alqışlayırıq: Azərbaycanın sement istehsalı üzrə iri müəssisəsi olan Garadagh Cement-in rəhbəri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2007 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Trend ın Azərbaycanın sement istehsalı üzrə iri müəssisəsi olan "Garadagh" Cement-in baş direktoru Xoria Adrian (Horia Adrian) ilə müsahibəsi

Qaradağ sement zavodunun tikintisi 1949-cü ildə başlayıb. Zavod keçmiş Sovet İttifaqı ərazisində iri miqyaslı tikililəri sement ilə təmin edirdi. İstehsal gücünə görə, Qaradağ Sement Zavodu Ön Qəfqazda ən iri sement zavodlarından biri hesab olunurdu. Sovet İttifaqının dağılmas ı zavodun fəaliyyətinə mənfi təsir göstərib. İstehsal həcmi əhəmiyyətli dərəcədə aşağı düşüb. Kiçik seriyalı istehsa l 1999-cu ildə Qaradağ Sement Zaodunun özəlləşdirilməsi və "Garadagh" Cement ASC adlandırıması, həmçinin, 1999-cu il sentyabrın 25-də şirkətin əsas səhm paketinin İsveçrənin Holcim Group şirkəti tərəfindən əldə edilməsinə qədər davam edib. İstehsal həcmi 2003-cü ildə 963 min. ton, 2004-cü ildə 1,2 mln. tona yaxın, 2005-ci ildə isə 1,3 mln. tona çatıb. Hazırda müəssisə sementi 4 soba vasitəsilə istehsal edir,

- Bu ildən başlayaraq, siz "Garadagh" Cementin rəhbərisiniz. Yeni direktorun təyin edilməsi şirkətin hansısa strategiyasını dəyişibmi?

- Mən "Qaradağ Sement" ASC-ın Baş Direktoru vəzifəsinə 1 fevral 2007-ci il fevralın 1-dən təyin olunmuşam. Lakin, şirkətin idarə heyətində 2004-cü ildən çalışıram. "Qaradağ Sement" ASC-nin mövcud strategiyasının müəyyən edilməsi və icrasında iştirak etmişəm. Deməzdim ki, strategiya dəyişib. Fikrimcə, mən daha çox bu əməliyyatın səmərəliliyini artırmağa çalışmışam. Şirkət işçilərinə gəldikdə isə, hər zaman yüksək iş mədəniyyəti yaratmağa çalışıram. Məncə, xoş iş mühiti yaratsan, daha səmərəli nəticələr əldə etmiş olarsan. Bizim əsas məqsədimiz insanların inkişafı ilə bağlıdır. Personal xərclərinin mühüm hissəsini təlim-tədris işinə sərf edirik.

- 2007-ci ildə sizin müəssisənizdə nə qədər məhsul istehsal olunub və siz nəticədən razısınızmı?

- Bizim 2007-ci il üzrə sement buraxılışımız, daxili və idxal olunan klinkerin hesabına, 1.3 milyon ton civarındadır. Mən şirkətin 2007-ci ildəki göstəricilərini qənaətbəxş sayıram. Bu il yaxşı nəticələrə nail olmuşuq və gördüyümüz işə həvəslə yanaşmışıq. Çalışırıq yüksək standartlar tətbiq etməklə, Holsimin MDB-dəki fəaliyyəti üçün etalon rolunu oynayaq.

- 2007-2008-ci illərdə istehsal hansı səviyyədə gözlənilir?

- Gələn il üçün "Qaradağ Sement" ASC mövcud istehsal imkanlarına ümid edəcək. İstehsal gücünün 2007-ci ildəki qədər olub-olmaması idxal olunacaq klinkerin həcmindən asılı olacaq. Rusiyadakı mühüm tikinti artımını nəzərə alsaq, şirkətimiz bu ölkədə olan partnyor zavod - Volsk Sement-dən klinker idxalını davam etdirə bilməyəcək. Bu səbəbdən də, mənbələrin baha gəlməsi gözlənilsə də, "Qaradağ Sement" ASC bu günə müxtəlif klinker mənbələrini nəzərdən keçirir.

- 2007-2008-ci illərdə neçə şirkət investisiya yatırmağı planlaşdırır?

Holcim Group şirkətinin Qaradağ Sement zavodunu özəlləşdirməsindən bu yana, 40 milyon dollardan artıq investisiya yatırıb. Bu il proqnozlaşdırılan investisiya təxminən 14 milyon manat dır , 2008-ci il üçün isə, 20 milyon dollara qədər əlavə investisiya qoyulacaq.

- Müəssisədə yeni sobaların quraşdırılması ilə bağlı işlər nə yerdədir, layihənin reallaşdırılması üçün nə qədər vəsaitin sərf olunması planlaşdırılır?

- Layihənin mümkünlüyünün araşdırılması artıq yekunlaşıb və son qərarı Holsim Direktorlar Şurası verəcək. İnvestisiya təsdiq olunsa, "Qaradağ Sement" ASC illik sement istehsal gücünü 2011-ci ildən başlayaraq, 1.7 mln. tona çatdıracaq.

- Bu gün müəssisədə nə qədər əməkdaş çalışır və əmək haqqı necə tənzimlənir?

- Şirkətimizdə 550 nəfərə qədər işçi çalışır. 2007-ci ilin əvvəlində gözlənilən bahalaşmalar ilə əlaqədar, işçilərimizin məvaciblərinin artıtılmasına qərar verdik. Beləliklə, 2007-ci ildə işçilərin 75%-i təxminən 25% məvacib artımı əldə edib. Üç mərhələdə həyata keçirilən artımın sonuncusu oktyabrda baş verib.

- Garadagh Cement hanısı yeni layihələri reallaşdarmağı planlaşdırır?

- Əsas investisiyalar zavodun xırdalama, karxana əməliyyatları, həmçinin, buraxılma sahələrində yeniləndirmə işlərinə qoyulacaqdır. Biz az əhəmiyyət daşımayan baş elektrik substansiyamızın yaxşılaşdırılmasına da vəsait sərf edirik. Bu layihələrin bir və ya iki ilə sona çatdırılacağını təxmin edirik. Biz, həmçinin, məhsulun inkişaf etdirilməsi üzrərində də işləyirik və gələn ildən yeni məhsul təqdim etməyi planlaşdırırıq.Bundan başqa, şirkətimiz istehsal prosesində alternativ yanacağın istifadəsi gücümüzü artırmağa da imkan verir. Faktiki olaraq, biz Abşeron yarımadasında olan bəzi gölməçələrdən neft tullantıları qalıqlarını test etmişik və onlardan yararlanmağa hazırıq. Beləliklə, yarımadanın təmizlənməsində səmərəli iştirak etməklə, öz köməyimizi göstərə bilərik.Bundan əlavə, biz Azərbaycan İnvestisiya Şirkətinin yeni sobaların tikintisini maliyyələşdirilməsində iştirakının mümkünlüyünü müzakirə edirik.

- Sement bazarında saxtalaşdırma hallarının aradan qaldırılması üçün nə kimi tədbirlər görülür?

Son bir neçə ildə şirkətimiz bu sahədə çoxlu tədqiqatlar aparıb. Təəssüflər olsun ki, gücümüz yalnız belə zay "məhsulların" satıldığı nöqtələri müəyyənləşdirib, sementin satışını dayandırmağa çatır. Bu işdə topladığımız bütün məlumatları aidiyyatı orqanlara çatdırırıq. Fikrimcə, bir sement istehsalçısı kimi, "Qaradağ Sement" ASC, saxta sementin nəticələri ilə mübarizə apara bilər. Lakin, bunun səmərəli olması üçün, səbəblər araşdırılaraq, saxta sement istehsalçılarını müəyyənləşdirib, onları cəzalandırmaq lazımdır.

- Yerli bazarda sement istehsal edən yeni şirkətin, məsələn, Fransanın Lafarge şirkətinin fəaliyyətə başlamasını necə qiymətləndirirsiniz?

Biz Azərbaycan sement bazarında rəqabati alqışlayırıq. Rəqabət hər kəs üçün xeyirlidir və səfərbər olmaqda rol oynayır.

- AYİB-nin Garadagh Cement-in səhmdarlar heyətinə daxil olması şirkətin fəaliyyətinə necə təsir göstərəcək?

AYİB "Qaradağ Sement" ASC -nin səhmlərinin 10% payına 10 milyon ABŞ dolları sərf edib. Bankın investisiyası ətraf mühit və zavodun Avropa standartlarına uyğunlaşması üçün toz buraxılmasının azaldlması sahəsində səmərəliliyin artırılmasına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti