...

Nyu-York son üç ildə ilk dəfə olaraq İPO-nun həcminə görə Londonu geridə qoyacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2007 19:27 (UTC +04:00)
Nyu-York son üç ildə ilk dəfə olaraq İPO-nun həcminə görə Londonu geridə qoyacaq

Azərbaycan, Bakı / Trend / Nyu-York Fond Birjaları 2007-ci ildə son üç ildə ilk dəfə olaraq, Fond Birjalarında səhmlərin ilkin yerləşdirilməsi (İPO) zamanı şirkətlər tərəfindən təqdim olunan vəsaitlərin həcminə görə, London Fond Birjasını (LSE) geridə qoyacaq. Bu barədə "The Financial Times" qəzetinin və "Lenta.ru" saytının verdiyi məlumatda bildirilir.

İlin yekunlarına əsasən, NYSE və "Nasdaq" Fond Birjalarında debutant şirkətlər tərəfindən toplanan vəsaitlərin həcmi 51,3 mlrd. dolları ötəcək, "Dealogic" şirkətinin analitikləri bu fikirdədirlər. Bu,21-ci əsrdə dotkomların sürətli inkişafı dövrünün göstəricilərindən çoxdur. Həmin dövrdə internet-şirkətlərin səhmləri 10 dəfə artmışdı. İlin yekunlarına əsasən, London Fornd Birjası 45,8 mlrd. dollar vəsait toplayacaq.

"Dealogic" şirkətinin analitikləri hesab edirlər ki, Amerikanın Fond Birjasının tənzimləyicisinin İPO-nun keçirilməsi prosedurlarını sadələşdirmək səyləri uğurla başa çatıb. Bu arada 2007-ci ildə LSE-də 208, Nyu-Yorkda isə, 202 şirkət yerləşdirmə əməliyyatı aparıb.

Qeyd edək ki, 2006-cı ildə Honkonqun Fond Birjası, aparılan İPO-nun sayına görə, NYSE-ni geridə qoysa da, birinci yerə sahib çıxan LSE-dən geridə qalıb.

Xəbər lenti

Xəbər lenti