...

Standartlaşdırma üzrə Dövlət Agentliyi Azərbaycanın sement istehsal edən şirkətində keyfiyyət yoxlamaları aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 2007-ci ildə tikinti materialı (Sement və beton) istehsal edən iki şirkətin fəaliyyətini dayandırıb. Bu barədə İdarənin illik fəaliyyətini şərh edərkən Agentliyin aparıcı mütəxəssisi Tehran İsgəndərov məlumat verib.

İsgəndərovun sözlərinə görə, Bakıda istehsal olunan materialın keyfiyyətsizliyi səbəbindən tikilməkdə olan binanın uçmasından sonra "AKA" və "İstismar İdarəsi №"2" şirkətlərinin fəaliyyəti dayandırılıb.

Avqustda Bakının mərkəzi küçələrindən birində tikilməkdə olan bina uçub və nəticədə 25 nəfər həlak olub. Hadisə yerində işləyən mütəxəssislərin rəyinə görə, uçqun binanın konstruksiyasının düzgün qurulmaması, keyfiyyətsiz tikinti materiallarından istifadə olunması və ya texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verə bilər. Bu hadisədən sonra ölkədə tikinti bazarının iştirakçılarına qarşı tədbirlər sərtləşdirilib.

İsgəndərovun sözlərinə görə, "İstismar idarəsi №"2" Agentlik tərəfindən aparılan yoxlamalardan sonra artıq fəaliyyətini bərpa edib. Təkrar yoxlamalar nəticəsində şirkətin qanun pozuntusu faktlarını aradan qaldırdığı məlum olub.

"AKA" şirkəti həmçinin bu günlərdə təkrar yoxlamaların keçirilməsi üçün idarəyə müraciət edib. "Çox güman ki, gələn həftə onlar öz fəaliyyətlərini bərpa edə bilərlər" - deyə İsgəndərov bildirib.

Xəbər lenti

Xəbər lenti