...

TRACECA layihəsi nəqliyyat qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasına şərait yaradacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 13:50 (UTC +04:00)
TRACECA layihəsi nəqliyyat qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasına şərait  yaradacaq - nazir

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ Çərşənbə günü TRACECA layihəsinin iştirakçı dövlətlərinin hökumətlərarası komissiyasının Astanada keçirilən 6-cı iclasının fasiləsində Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Serik Ahmetovun verdiyi məlumata görə, TRACECA layihəsinin iştirakçılarının əsas vəzifəsi öz ölkələrinin tranzit potensialını möhkəmləndirməkdir.

"İclasın iştirakçıları ümid edir ki, TRACECA ölkələrin öz nəqliyyat qanunvericiliyini beynəlxalq qanunvericilik, ilk növbədə isə Avropa qanunvericiliyinə uyğunlaşdırılması üçün şərait yaradacaq. Biz qanunvericiliyin nəqliyyat infrastrukturunu möhkəmləndirə və inkişaf etdirə bilməsi üçün çalışırıq və bu da öz növbəsində TRACECA layihəsinin iştirakçı dövlətlərinin hər birinin tranzit potensialını möhkəmləndirməlidir" - deyə Ahmetov qeyd edib.

Nazir qeyd edib ki, iclas zamanı bütün nümayəndə heyətlərinin rəhbərləri öz imkanlarının möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər.

Ahmetov xatırladıb ki, Qazaxıstanın ötən il təsdiq olunan nəqliyyat strategiyası "TRACECA-nın strategiyasına uyğunlaşdırılır".

"Nəqliyyat strategiyası çərçivəsində ölkədə nəqliyyat srtukturunun yaxşılaşdırılmasına yönəlmiş 80-dən çox investisiya layihəsi reallaşıb. Bu məqsədlə 30 mlrd. dollar tələb olunur ki, bu vəsaitin 70%-i dövlət və özəl tərəfdaşlıq əsasında cəlb olunacaq" - deyə nazir bildirib.

Ahmetov bildirib ki, Qazaxıstanda açılacaq yeni dəhlizlər, "Qərbi Çin-Qərbi Avropa", "Xorqos-Jetıgen" yeni dəmir yol məntəqələri və digər layihələr TRACECA beynəlxalq dəhlizinin inkişafına təsir göstərəcək. "Avropa və Asiya arasında böyük əməkdaşlıq potensialı TRACECA vasitəsilə həyata keçiriləcək" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti