...

Azərbaycan prezidenti Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında fərman verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U. İsmayılova/ Rəsmi mətbuat xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi haqqında bazar günü fərman verib

Qəbul edilən dəyişikliklərə əsasən, dövlət ehtiyacı üçün alınan əmlakın sahibinə həmin əmlakın bazar qiymətindən 20 faiz əlavə ödəniləcək.

Üç ay ərzində bu dəyişikliklərdən irəli gələn bütün məsələlərin həlli Azərbaycan Nazirlər Kabinetinə həvalə edilib.

Prezidentin İcra Aparatına isə iki ay ərzində "Dövlət ehtiyacında olan torpaqların alınması" haqqında qanun layihəsini hazırlamaq və Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti