...

Bakı Banklararası Valyuta Bijrası yanvarın 21-nə olan ticarətin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2008 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend / Bakı Banklararası Valyuta Biroasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 21 yanvar tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8455 AZN təşkil edib. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8454 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən sabit qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 853 955 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8455 AZN təşkil edib.

Hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $1 010 000 ABŞ dolları və ya 853 955 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,31%, ABŞ dolları üzrə isə, illik 16,06% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti