...

Taxıl qıtlığı problemini həll etmək üçün dövlət fermerlərə maliyyə yardımını artırmalıdır- parlamentin Aqrar siyasət məsələləri komissiyasının sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2008 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir İ. Əlizadə / Azərbaycan parlamentinin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov hesab edir ki, taxıl qıtlığı problemini həll etmək üçün dövlət fermerlərə maliyyə yardımını artırmalıdır.

"Azərbaycanın imkanı var ki, özünü taxılla təmin etsin. Bunun üçün dövlət aqrotexniki tədbirlərin həyata keçirilməsində, mineral gübrələrlə təminatda fermerlərə kömək etməlidir", - deyə o bildirib.

Azərbaycanın taxıla olan illik təlabatı 3 mln. ton təşkil edir. Bu göstəricinin 1 mln. tonu xüsusilə, aprel ayından sentyabra qədər taxıl ixracına qadağa qoyan Qazaxıstandan idxal olunur. Bu hadisədən sonra Azərbaycanda un və çörəyin qiymətində artım müşahidə olunur.

İbrahimovun rəyinə görə, taxıl çatışmazlığı problemini aradan qaldırmaq üçün Azərbaycanın ən yaxşı münbit torpaqları və suvarlıması mümkün olan ərazilər taxıl əkini üçün ayrılmalıdır.

"Kənd Təsərrüfatı Nazirliyi bu sahədə ciddi və gərgin işləməlidir. Azərbaycanın özünü taxılla təmin edə bilməməsinin əsas səbəbləri əkilən məhsulun tam yetişdirilməməsi, məhsuldarlığı artıra bilməməyimizdir" - deyə İbrahimov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti