Azərbaycan, Bakı, 01 may / Trend , müxbir A. Bədəlova/ Amerikanın Brookings institutunun dünya iqtisadiyyatı üzrə böyük eksperti Homi Karas (Homi Kharas) hesab edir ki, dünyanın ərzaq və energetika bazarları arasında müşahidə olunan əlaqə zəifləməlidir.
Onun rəyinə görə, bazarlar arasında əlaqə həm təkliflər (Enerji tutumlu nəqliyyatın vacibliyi, həmçinin, gübrənin yayılması və istifadəsi səbəbindən), həm də təlabat (Hazırkı qiymətlərlə daha sərfəli olan bioyanacaq qismində ərzaq bitkilərindən istifadə nəticəsində) baxımından müşahidə olunur.
Əvvəllər Dünya Bankının Şərqi Asiya və Asiya Sakit Okean Regionu məsələləri üzrə böyük eksperti işləmiş Harasın rəyinə görə, belə yanaşmanı dəyişmək lazımdır.
"Dünya, yerin altından çıxarılan yanacaq bazarı ilə qiymət sabitliyinə ehtiyac duyan ərzaq bazarı arasında mövcud sıx əlaqəni dəstəkləməyin ağlabatan olub-olmaması barədə yenidən düşünməlidir. Bizim fikrimizcə, energetika bazarı gələcəkdə də dəyişilməz qalmaqda davam edəcək. Bu cür yanaşma dəyişməzsə, biz hazırda olduğumuz dövrəni təkrarlamaqda davam edəcəyik", -deyə Haras bildirib.
Haras hesab edir ki, dünya miqyasında kənd təsərrüfatı sahəsində yeni texnologiyaların inikşafına istiqamətləndirilən, həmçinin, inkişaf etməkdə olan ölkələrdə aqrotexnika üzrə tədarük şəbəkəsinin genişləndirilməsi üçün yatırılan sərmayələr olduqca azdır.
BMT Baş Katibi Pan Gi Mun bu yaxınlarda bildirib ki, ərzaq qiymətlərinin artması dünyaiqtisadiyyatının artımına və təhlükəsizliyinə zərər vura bilər. Onun sözlərinə görə, dünya ictimaiyyətinin yoxsulluqla mübarizəsinin nəticələri təhlükə altındadır.
Haras bildirib ki, ərzaqla bağlı iki əsas problem mövcuddur - bazarın sabitlik problemi və dünya miqyasında ərzaq defisitinin mövcudluğu, həmiçnin, onun yayılması problemi.
"Biz ərzaq istehsalında davamlılıq həddinə çatırıq. Çin və Hindistan kimi ölkələrdə fermalar sənaye istehasalat zonalarına çevrildikcə, Torpaq Fondu daha çox zəifləyir", - deyə ekspert bildirib.
Haras bildirib ki, ölkə hökumətləri ərzaq böhranı problemini həll etmək və onun sosial sahəyə təsirini minimuma endirmək üçün çox işlər görməlidir. Ekspertin sözlərinə görə, ərzaq məhsullarının hazırkı qiymətləri ilə kənd təsərrüfatı sektoru daha çox gəlirli olacaq və biznes üçün böyük imkanlar təqdim edəcək.
"Bir çox illərdir ki, ölkələr sənaye artımına inkişafın əsas hərəkətverici qüvvəsi kimi ümid edirlər. Bu gün məhsulların qiymətində müşahidə olunan artım istənilən ölkə üçün kənd təsərrüfatına etinasızlığın ağlabatan olmaması barədə xatırlatmadır", - deyə Haras bildirib.
Haras bildirib ki, kənd təsərrüfatı artımı bəzən elmi tədqiqat, nəqletmə və paylaşdırma xidmətlərinə dövlət tərəfindən böyük kapital yatırımları tələb edir.
"O, həmçinin, davamlı mülkiyyət hüququ tələb edir. Belə ki, bu, fermerlərin şəxsi torpaqlarının yaxşılaşdırılmasına sərmayə yatıran zaman özlərini təhlükəsiz hiss etmələri üçündür", - deyə ekspert bildirib.
BMT Baş katibi qida məhsulları qiymətlərinin kəskin şəkildə artması nəticəsində yaranan ərzaq böhranına cavab tədbirlərinin görülməsi üçün işçi qrupunun yaradılması qərarı barədə bəyanat verib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : Capital