...

Bakı Fond Birjasında Milli Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2008 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend / İyunun 18 - də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Notlarının dövlət qeydiyyat №-si - 50102419S, emissiyanın ümumi həcmi 20 000 000 AZN, bir notun nominal dəyəri - 200 AZN, notların tədavül müddəti - 28 gündür.

Hərrac zamanı, Notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Ödəmə tarixi - 16 iyul.

Xəbər lenti

Xəbər lenti