...

Azərbaycanda  dərman istehsalı ümumi tələbatın az hissəsini ödəyir – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend ,müxbir S.Babayeva/ "Bu gün Azərbaycanda dərman istehsalı ölkədəki ümumi tələbatın 5 faizdən az hissəsini ödəyir", - səhiyyə nazirinin müavini Elsevər Ağayev çərşənbə günü bildirib.

"Dərman preparatlarının istehsalı sahəsi xarici ölkə şirkətlərində böyük maraq doğurur", -o bildirib.

Onun sözlərinə görə, oktyabrın əvvəlində Misirin səhiyyə nazirinin, bu ölkənin sahibkarlarından ibarət nümayəndə heyəti ilə Bakıya səfəri gözlənilir.

"Onlar Azərbaycanda dərman preparatları istehsalı üzrə müəssisənin tikintisində çox maraqlıdırlar", - Ağayev bildirib.

Misirin səhiyyə naziri Hatəm əl-Cəbəlinin (Hatem el-Gabali) səfəri oktyabrın 5-6-na planlaşdırılıb. O azərbaycanlı həmkarı Oqtay Şirəliyevlə görüşəcək və iki ölkənin bu sahədə əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Bu ölkənin Azərbaycandakı səfirliyinin məlumatına əsasən, misirli naziri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Abşeron Rayon İcra Hakimiyyətinin rəhbəri Zakir Fərəcov da qəbul edəcək.  Əl- CəbəliAbşeron Əczaçılıq Fabrikində olacağı gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti