Gürcüstan, Tbilisi, 25 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ ABŞ-da Gürcüstana sərmayələrin cəlb edilməsi üzrə iş aparacaq şirkət yaradılıb. Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirak etdiyi їSilk roud - Transatlantik Alyansї şirkətinin təqdimatı Nyu-Yorkda keçirilib.
Şirkətin təsisçisinin dediyinə görə, şirkət Gürcüstana pul yatırmaq istəyənlər arasında körpü rolunu oynayacaq. Onlar hesab edirlər ki, Amerika iş adamlarının ölkəyə marağı yüksəkdir.
Şirkətin təqdimatı çərşənbə günü məşhur Amerika aktyoru Robert de Niroya məxsus otelin bağında keçirilib. Orada Nyu-Yorkun meri Maykl Blumberq, Hollivud ulduzları Uma Turman və Culiana Mur iştirak ediblər.
Təqdimatda iştirak etmiş Tbilisi meri Qiqi Uqulavanın juranlistlərə bildirdiyinə görə, ABŞ biznesinin Gürcüstana marağı kifayət qədər yüksəkdir və artıq Gürcüstanda Amerika iş adamlarının puluna həyata keçirilməsi planlaşdırılan müəyyən yeni layihələr var.