...

Bank Standard Nizamnamə kapitalının həcminə görə Azərbaycanda üçüncü bankdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend / Azərbaycanın iri özəl bankı - Bank Standard - ın səhmdarlarının qərarı ilə onun Nizamnamə kapitalı 29 faiz artırılıb, - cümə axşamı bankdan bildiriblər.

Növbəti artırmadan sonra Bank Standard-ın Nizamnamə kapitalı təxminən 65 mln. manat olub. Beləliklə, Bank Standard, Nizamnamə kapitalının həcminə görə, Azərbaycanın üçüncü bankı mövqeyində qərarlaşıb.

Bankın Nizamnamə kapitalı sonuncu dəfə 2007- ci ilin iyulunda artırılıb. O vaxt həmin göstəricinin 3 qat artımı bankın səhmdarı (AB Standard QSC) ilə Credit Suisse Bankı arasında imzalanan kredit sövdələşməsi hesabına aparılıb.

"Bank Standard" əsas maliyyə göstəricilərinə görə ölkənin özəl bank sektorunda lider mövqeyini saxlayır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti