...

Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2008 18:52 (UTC +04:00)

Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması (XİƏT) təşəbbüsünü dəstəkləyir. RBK-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Baş nazirinin birinci müavini Viktor Zubkov Xəzəryanı dövlətlərin Həştərxanda keçirilən sammitində çıxış edərkən bildirib. Onun sözlərinə görə, bu təşkilat "Xəzər beşliyinin" - Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın potensiallarını birləşdirə bilər.

Zubkovun fikrincə, XİƏT çoxtərəfli layihələr bazasında nəqliyyat, ekologiya, ticarət, energetika və bioresurslar sahəsində əməkdaşlığın yeni inkişaf səviyyəsi üçün də əsas ola bilər.

XİƏT çərçivəsində işgüzar dairələrin qarşılıqlı əlaqələrini təşkil etmək, Xəzər İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzi və Bioresursların Tədqiqi Mərkəzinin yaradılması da mümkündür. Zubkov XİƏT ölkələri tərəfindən bu təşkilatın layihələrinə maliyyə dəstəyi göstərən birgə bankın yaradılmasının da mümkün olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti