...

Britaniyalı analitiklər dolların məzənnəsinin möhkəmlənəcəyini proqnozlaşdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2008 13:15 (UTC +04:00)
Britaniyalı analitiklər dolların məzənnəsinin möhkəmlənəcəyini proqnozlaşdırırlar

Azərbaycan, Bakı, 22 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Çərşənbə günü avro/dollar cütlüyü son iki ildə ən minimal səviyyəyə çatıb. Avropa valyutasının dollara nisbətdə məzənnəsi $1,2823 - dək düşüb.

Britaniyanın iqtisadi araşdırmalar üzrə konsaltinq şirkəti Capital Economics -in analitiklərinin rəyinə görə, dolların əsas valyutala nisbətdə möhkəmlənməsi (nisbətdə Amerika valyutasının ucuzlaşdığı ien istisna olmaqla) yaxın vaxtlarda dəyişməz qalacaq bir neçə amillə bağlıdır. Bununla əlaqədar, şirkətin analitikləri dolların avroya nisbətdə məzənnəsinə dair proqnozlarını yeniləyiblər.

Capital Economics -in  yeni proqnozlarına əsasən, 2010 - cu ilədək dolların məzənnəsi möhkəmlənəcək. 2008 - ci ilin dördüncü rübündə avro şirkətin əvvəllər proqnozlaşdırdığı 1,35 dollara qarşı 1,25 dollaradək düşəcək. Britaniya şirkətinin proqnozlarına əsasən, 2009 və 2010 - cu illərdə avronun məzənnəsi 1,2 dollar təşkil edəcək.

Britaniya şirkətinin baş iqtisadçısı Culian Cessopun çərşənbə günü elektron poçtla Trend -a bildirdiyinə görə, dolların məzənnəsinin sürətlə artmasının üç əsas səbəbi var.

"Əsas səbəb dünya iqtisadiyyatının resessiya vəziyyətinə daxil olmasının artan dərk edilməsindədir. Bankların xilas edilməsi təcili tədbirlər də qlobal tədbirlərə çevrilib", - Cessop bildirib.

İqtisadçının sözlərinə görə, dolların təhlükəsiz valyuta kimi statusu ikinci səbəbdir.

"Hətta dünya böhranının ABŞ - ın ipoteka bazarındakı problemlərin nəticəsi olmasına baxmayaraq, amerikalı polismeykerlər digər ölkələrdən olan həmkarları ilə müqayisədə, problemlərin öhdəsindən daha yaxşı gələ biləcək kimi görünürlər", - analitik vurğulayıb.

Onun rəyinə görə, xammal mallarının qiymətinin azalması, dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq və əksinə.

Capital Economics-in proqnozlarına əsasən, 2008- ci ilin dördüncü rübündə Aralıq dənizindən hasil edilən Brent növlü neftin bir barelinin qiyməti 60 dollar olacaq. 2009 - cu ildə orta qiymət şirkətin əvvəllər planlaşdırdığı 70 dollara qarşı 50 dollar təşkil edəcək. 2010 - cu il üzrə neftin qiymət proqnozu da bir barelə görə 70 dollardan 50 dollaradək azaldılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti