...

Xalq Bank filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2008 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend / Xalq Bank-ın  filial şəbəkəsinin genişləndirilməsi strategiyası çərçivəsində, yeni "Mərkəz" filialı işə başlayıb, - Bankın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Filial özəl və korporativ şəxslərə geniş xidmətlər və məhsullar spektri, müxtəlif depozit əmanətləri,  sənədləşdirmə əməliyyatları, təcili pul köçürmləri, istehlak və biznes plastik kartları, yol çekləri, kommunal ödənişlər, mobil rabitə xidmətləri ödənişləri təqdim edir.

"Mərkəz" filialı Bakının mərkəzində, "28 May" küçəsi, ünvanında 17  yerləşib.

Xalq Bank-ın xidmət şəbəkəsinə səkkiz filialı və Bakı və ölkə regionlarında dörd bölmə daxildir. Bank Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Xəbər lenti

Xəbər lenti