...

Bakıda "Turizm və rekreasiya: problemlər və perspektivlər" konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2008 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizm və rekreasiya: problem və perspektivlər" ikinci ümumrespublika elmi - təcrübi konfransında iştirak edəcək, - çərşənbə axşamı nazirlikdən bildiriblər.

Konfrans Azərbaycanın Turizm İnstitutu ilə birlikdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilir.

Konfransda aşağıdakı məsələlər müzakirə ediləcək:

-  turizm və rekreasiya ehtiyatlarınını nəzəriyyəsi və praktiki vacibliyi;

- turizm bazarı: müasir vəziyyət, təhlükəsizlik, inkişaf perspektivləri;

- rekreasiya ehtiyatları və turizmin inkişafının regional xüsusiyyətləri.

Azərbaycanda turizm fəaliyyətinin genişlənməsi nəticəsində, 2007-ci ilin analoji dövrü ilə müqayisədə, cari ilin birinci yarısında turizm şirkətlərinin gəlirləri 10,8 faiz - 7,9 mln. manatadək artıb. Gəlirlərin ümumi həcmindən 78,5 faiz (6,2 mln. manat) turizm xidmətlərinin göstərilməsindən alınıb, 548,6 min manat büdcədənkənar fondlar hesabına formalaşıb. Ümumi gəlirlərin 99,6 faizi qeyri - dövlət, 0,4 faizi isə, dövlət müəssisələrindən alınıb.

Noyabrın 18 - nə olan cari mübadilə məzənnəsi -- 0,8094 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti