...

Azərbaycanda pambıq istehsalı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir S.Babayeva/ Noyabrın 3-nə olan vəziyyətə görə, Azərbaycanda pambıq istehsalı cəmi 46,7 min ton təşkil edib. Bu, 2007-ci il üzrə istehsaldan 39,3 min ton azdır, - ölkənin Dövlət Statistika Komitəsindən bildiriblər.

"İstehsalın azalması pambıq səpini sahələrinin 27,2 min ha azalması və əlverişsiz hava şəraiti ilə bağlıdır", - Komitədən bildiriblər.

İlkin hesablamalara görə, hər hektara, orta hesabla, 9,6 sentner məhsul düşüb.

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov əvvəllər bildirib ki, son vaxtlar ölkədə pambıqçılığa maraq azalıb və pambıq istehsalının stimullaşdırılması üçün 2008 - 2015 - ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı Dövlət Proqramına bu sahənin inkişafı üzrə əlavə tədbirlər daxil edilib.

Azərbaycanda pambıq ölkənin 21 rayonunda, xüsusilə də Salyan - Muğan, Qarabağ və Şirvan iqtisadi rayonlarında becərilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti