...

Azersun Holding Azərbaycanın Əməkdar incəsənət xadiminin disk dəstinin buraxılmasını maliyyələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2008 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / TrendCap müxbir Ü.İsmayılova/ Bakıda dünya şöhrətli bəstəkar, Əməkdar incəsənət xadimi, SSRİ Xalq artisti, professor Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi "ƏBƏDİYYƏT" adlı səkkizinci simfoniyasının təqdimatı olub.

Eyni zamanda Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Festival noyabrın 19 - da Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayəti ilə, Xor Kapellasının İ simfonik konserti ilə başlayıb.

Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət xadimləri ilə yanaşı, "Azərsun Holdinq"in rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

SSRİ Xalq artisti Arif Məlikovun yubileyi ilə əlaqədar təşkil olunan Beynəlxalq festival, noyabrın 30 - dək davam edəcək. Beynəlxalq festivalda görkəmli bəstəkarın əsərləri musiqisevərlərə təqdim olunacaq.

Beynəlxalq festivalın açılış mərasimində sənətkarın ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət" adlı səkkizinci simfoniyanın kompakt disk dəstinin də təqdimetmə mərasimi keçirilib."Azərbaycan Mədəniyyətinin Dostları Fondu"nun təşkilatçılığı və "Azərsun Holding"in maliyyə dəstəyilə hazrlanmış disk dəsti iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimetmə mərasimində çıxış edən yubilyar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Müuəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti