Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ Rusiyanın ROSNO Sığorta Şirkətinin Baş direktoru, Almaniyanın Allianz - Avrasiya şirkətinin rəhbəri Hannes Çopra ilə Trend -ın müsahibəsi
- Sizin fikrinizcə, dünya maliyyə böhranı Azərbaycanın sığorta bazarında necə əks olunub?
- Azərbaycan, iqtisadiyyatı dünya maliyyə böhranının güclü təsiri altına düşməyən nadir ölkələrdən biridir. Əlbəttə, burada söhbət yüz faizlik immunitetdən getmir, belə ki, istənilən müasir dövlət dünyanın biznes proseslərinə dərindən inteqrasiya olunub. Lakin Azərbaycan bazarını sığorta və təkrar sığorta baxımından MDB ölkələrində lider mövqeli bazarlardan biri adlandırmaq olar. Rəsmi məlumatlara görə, ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə, doqquz ay ərzində sığorta bazarı üzrə artım 30 faizdən çox təşkil edib. Ölkədə həm avtomobil, həm də mənzil sahəsi üzrə bank kreditləşmələrində müəyyən azalma müşahidə olunur. Bu, vətəndaşların sığorta müdafiəsinə şüurlu münasibətinin və sığorta xidmətlərinə real marağının artmasından, sığorta bazarı inkişafının dövlət tərəfindən stimullaşdırılmasından xəbər verir.
İnkişafın müsbət indikatoru Azərbaycan bazarının daha aydın və şəffaf olmasıdır ki, bu da Qərbin təkrarsığortaçılarına əlavə üstünlük yaradır. Yerli bazar iştirakçılarının təkrar sığorta paylarının çox hissəsi dünyanın Allianz, Munich Re, Swiss Re, Score kimi lider sığorta və tkrar sığorta şirkətlərində yerləşdirilib. Onlar Rusiyanın sığorta şirkətləri ,o cümldən ROSNO ilə fəal əməkdaşlıq edirlər.
- Yaranmış vəziyyətlə əlaqədar ROSNO - nun Azərbaycanın sığrta bazarında strategiyası dəyişibmi?
- Böyük potensial inkişafa malik istənilən perspektivli bazar Allianz üçün həmişə strateji maraq kəsb edir və bu məslədə Azərbaycan da istisna olunmur. Nümayəndəlik açılarkən təsdiq olunan strategiya özündə bazarın "öyrənilməsi"nə yönələn qısamüddətli layihəni ifadə etməyib.
Bu, sığorta biznesinin peşəkar və perspektivli inkişaf platformasının yaradılmasına yönəldilən və bir çox amilləri nəzərə alan uzunmüddətli inkişaf strategiyasıdır. Bu, hələ o zaman dünya iqtisadiyyatı üçün hiss olunan dünya böhranın ilk əlamətləri nəzərə alınaraq, ölkədə və sığorta bzarında iqtisadi vəziyyətin müasir təhlilidir. Planlarımız formalaşdırılanda onlar nəzərə alınmışdı. Hazırda hökumət qarşısında təkrar sığorta biznesinin inkişafı, Allianz brendinin daha da tanınması, bazarın müntəzəm monitorinqi və təhlilinə dair vəzifələr qoyulub və uğurla reallaşdırılır.
- ROSNO - nun Bakı nümayəndəliyinin işini ümumilikdə necə qiymətləndirirsiniz?
- Hansısa qlobal nəticələrdən danışmaq tez olardı; rəsmi açılışdan altı aydan çox keçməyib. Bununla belə, biz tanınmanın artdığını, ROSNO və Allianz-a təkrar sığortaçı kimi etibar səviyyəsinin kifayət qədər yüksək olduğunu qeyd edə bilərik. Artıq bu gün Alianz-ın adı MDB ərazisində iri birləşdirilmiş təkrar sığorta həcmlərindən biri haqda (ROSNO, "SAK "Alyans" və "Proqress Qarant") təsəvvür yaradır
ARAYIŞ: ROSNO -nun Azərbaycanda rəsmi nümayəndəliyi aprelin 15 - də Azərbaycan Maliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin ayın sonunda fəaliyyətə başlayıb.
Rusiyanın iri sığorta şrkəti olan ROSNO -nun təsisçisi 2007-ci ilin fevralında şirkət səhmlərinin 97 faizini almış Allianz SE -dir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]