...

Bank Standard GəncKart sahibləri üçün lotereyanın qalibini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir N.İsmayılova/Bank Standard-ın GəncKart sahibləri üçün təşkil etdiyi lotereya oyunu keçirilib, - bankın bazar ertəsi yayılan məlumatında deyilir. Uduş dekabrın 20-də baş tutub.

Məlumatda deyilir ki, Bankın baş ofisinin əməliyyat zalında "açıq qapı" şəraitində keçən tədbir GəncKart sahiblərinin böyük marağına səbəb olub: maksimal şəffaflıq şəraitində keçmiş qalibin müəyyən edilməsi prosesini  bankın müştərilərinin sırasından olan çoxsaylı qrup müşahidə edib.

Lotereyanın qalibi bankın baş ofisinin müştərisi, Bakı şəhəri sakini, Qasımova L.A elan edilib. Lotereya oyununun şərtlərinə uyğun olaraq, qalibə 2008-ci il modeli "Volkswagen Jetta" avtomobili təqdim olunacaq.

Bank Standard-ın 2008-ci il ərzində apardığı "Bəxtiniz qızıl olsun" askiyası da bu yaxınlarda başa çatacaq. Müddətli depozit sahibləri üçün nəzərdə tutulan bu aksiyanın dördüncü və sonuncu lotereya tirajı yeni ildə, yanvarın 10-da keçiriləcək. Yekun tirajında əsas uduş: Bakı şəhərində ikiotaqlı mənzil oynanılacaq. Bu tirajda Bank Standard-ın mövcud depozit sahibləri ilə yanaşı, bankda 2008 - ci il dekabrın 30-dək müddətli depozit hesabı açan yeni əmanətçilər də iştirak edə biləcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti