...

Azərbaycanın tikinti şirkəti "Akkord" məzuniyyətə göndərilmiş işçilərin bir hissəsini geri qaytarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2009 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar/ Trend / "Akkord İnşaat-Senaye" ASC hava şəraitinin pisləşməsi səbəbindən əvvəllər bir aylıq məzuniyyətə göndərilən 1500 işçidən 500 nəfəri işə qaytarıb. Bu barədə şirkətin yayılan məlumatında bildirilir.

Azərbaycanda hava şəraitinin pis olması səbəbindən bir sıra tikinti işlərində gecikmə və dayanma müşahidə olunurdu. Bunun nəticəsində ASC tərəfindən reallaşdırılan infrastruktur layihələrinin yerinə yetirilməsində də analoji vəziyyət yaranıb.

Hava şəraitinin normallaşması işlərin qismən bərpa olunması üçün zəmin yaradıb.

Sabahdan infrastruktur layihələrin reallaşdırılması üzrə fəaliyyəti bərpa etməyi planlaşdıran "Akkord İnşaat-Senaye" ASC rəhbərliyi bildirir ki, ilk fürsətdəcə şirkətin qalan işçilərini də geri çağıracaqlar.

Xəbər lenti

Xəbər lenti