...

"Azərsu" Sumqayıta su verilişini bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir S.Babayeva /

"Azərsu" SC (Azərbaycanda içməli suyun satışı və paylanması) Sumqayıta boru kəmərinin nasazlığı səbəbindən ötən həftə dayandırılan su verilişini bərpa edib, - SC-dən bazar ertəsi bildirilib.

"Biz dünəndən etibarən su verilişini bərpa etmişik", - deyə SC-dən bildirilib.

SC-dən su verilişinin dayandırılması səbəbi kimi plastik boru kəmərlərinin su xətləri sahələrinin birində baş vermiş yanğın zamanı əriməsi göstərilmişdi.

2008-ci ildə "Azərsu" Azərbaycanın şəhər və rayonlarında su təchizatının yaxşılaşdırılması işləri çərçivəsində 252,2 km-lik su xətti və 85,4 km-lik kanalizasiya kollektorları quraşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti