...

Azərbaycan bankı Bank Respublika şöbəsini filiala çevirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2009 20:32 (UTC +04:00)

Azərbayacan, Bakı, 01 aprel / Trend /

Azərbaycan banklarından biri olan Bank Respublika göstərilən xidmətlərin genişləndirilməsi məqsədilə Masallı şöbəsini bank filialına çevirib. Bu barədə bankdan çərşənbə günü verilmiş məlumatda deyilir.

Yeni filial Masallı şəhəri, M.S.Talışxanov küç, 111 ünvanında yerləşir.

"Masallı" filialı fiziki və hüquqi şəxslərə bank xidmətlərini - hesab-xəzinə xidmətləri, kreditlər, depozit, plastik kartlar, müxtəlif sistemlər üzrə pul köçürmələri, mobil rabitə ödənişləri və digər xidmətləri təqdim edir

Hazırda Bank Respublikanın Bakıda və ölkənin digər şəhərlərində filaillarının və şöbələrinin sayı 31-dir.

Filialların sayının artırılması Bank Respublikanın prioritet vəzifələrindən biridir. Bu il ərzində bank özünün filial şəbəkəsinin bundan sonra da genişləndirilməsini planlaşdırır.

Bank Respublikanın bütün şöbə və filialları müştərilərə nahar fasiləsi olmadan həftədə 6 gün xidmət edir. Bakıda, həmçinin Ofis24 fəaliyyət göstərir ki, bu da həftənin bütün günləri müştərilərə sutka ərzində xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti