...

Azərbaycanda əlillərin sərnişin nəqliyyatı vasitələrindən istifadəsinin sadələşdirilməsi tədbirləri işlənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2009 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir Ü.İsmayılova /  

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökumətə əlillərin sərnişin nəqliyyatı vasitələrindən istifadəsini yüngülləşdirilməsi ilə bağlı təkliflər təqdim edib. Bu barədə çərşənbə axşamı nazirliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Elnur Sultanov deyib.

"Təkliflər Azərbaycanın Avropa Şurası və BMT-nin əlillərin hüquqlarının qorunması üzrə Konvensiyası qarşısında götürdüyü öhdəliklər əsasında hazırlanıb", - Sultanov qeyd edib.

Onun sözlərinə əsasən, təkliflər fiziki qüsuru olan şəxslərin şəhər nəqliyyatına çıxışının yaxşılaşdırılmasını nəzərdə tutur.

"Hazırda şəhər nəqliyyatında bu tədbirlər nəzərə alınmır. Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər planı əlillərin hüquqlarının qorunması ilə yanaşı, onların cəmiyyətə tam inteqrasiyasını, sosial təminatını, məşğulluq təminatını və digər tədbirləri nəzərdə tutur", - Sultanov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti