...

Azərsun Holdinq talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2009 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend /

Azərsun Holdinq talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib. Xeyriyyə kampaniyasına holdinq müəssisələrinin 630 əməkdaşı qoşulub. Bu barədə "Azərsun"un məlumatında deyilir.   

Aksiyada Azərsun Holdinq-in Prezidenti Əbdülbari Gözəl də iştirak edib. Gözəl qeyd edib ki, holdinq əməkdaşları canları və qanları ilə Azərbaycana xidmət edir.

"Hərdən insanlardan soruşuram ki, həyatınız boyu nə kimi yaxşılıqlar etmisiniz. Bəziləri deyirlər ki, kiməsə yardım etməyə fürsətləri olmayıb. Mənsə düşünürəm ki, Tanrı insanları xeyirxah əməllər etmək üçün yaradıb. Bizim qana ehtiyacı olan insanların həyatını xilas etmək imkanımız var. Hər zaman belə aksiyalara dəstək verəcəyəm", - Gözəl bildirib.

Bənzər kampaniyalar regionlarda yerləşən Azərsun Holdinq-ə məxsus müəssisələrdə də aparılacaq. Qan verən insanlara tibbi yardım göstərilib və göstəriləcək. Donor qanlar Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına verilib. Azərsun Holdinq artıq üç ildir ki, belə aksiya keçirir. Bu səpkidə olan xeyriyə aksiyalarını gələcək illərdə də davam etdirmək nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti