...

Azərbaycan regionunda çörək zavodunun inşasına güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2009 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend /

İsmayıllıda "Eviar" MMC-nin Çörək zavodunun tikintisinin sürətləndirilməsi üçün İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Yardım Fondu tərəfindən müvəkkil kredit təşkilatı vasitəsilə 450 min manat məbləğində güzəştli kredit ayrılıb. Bu barədə nazirliyin məlumatında deyilir.

Ümumi dəyəri 2 milyon manat olan zavod İvanovka qəsəbəsində yerləşir. Zavod fəaliyyətə başladıqdan sonra ildə 6 min ton müxtəlif çeşidli çörək və un məmulatları istehsal edəcək. Müasir avadanlıqlarla təchiz ediləcək müəssisədə 40-dan artıq yeni iş yerinin açılması nəzərdə tutulur.

İsmayıllıda keçirilən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri zamanı fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan 52 sahibkarlıq subyektinə 750 min manata yaxın güzəştli kreditlər verilib.

Ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 120-dən artıq yeni iş yerinin açılması proqnozlaşdırılır.

Tədbir çərçivəsində sahibkarlar üçün "Azərbaycan Respublikası Sahibkarlığa Yardım Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi" mövzusunda treninq də keçirilib. Dağlıq Şirvan iqtisadi rayonundan 150-yə yaxın sahibkarın iştirak etdiyi treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və güzəştli kreditlərdən istifadə qaydaları barədə ətraflı məlumat verilb.

Mayın 22-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti