...

Bakıda dünya maliyyə böhranı şəraitində kommersiya banklarında risklərin idarə olunması üzrə forum keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2009 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir İ.Xəlilova /

"Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Tədris Mərkəzi (ATM) ilə birlikdə, iyunun 20-də Bakıda "Dünya maliyyə böhranı şəraitində kommersiya banklarında risklərin idarə olunması" üzrə forum keçirəcək", - çərşənbə günü ATM-in marketinq üzrə meneceri Nazim Məmmədli deyib.

"Bu tədbirin keçirilməsində əsas məqsəd bankların risklərin idarə olunması və müxtəlif təcrübələrdə problemlərinшт müzakirə edilməsidir", - Məmmədli bildirib.

Forum diqqətini dörd əsas istiqamətə yönəldəcək: dünya maliyyə böhranının Azərbaycan banklarına təsiri, risklərin idarə edilməsi üzrə beynəlxalq və yerli nizamlayıcı tədbirlər, böhran şəraitində risklərin strateji idarə edilməsi üzrə müxtəlif yanaşmalar və risklərin idarə edilməsi üzrə gündəlik problemlərin müzakirəsi.

Tədbir risklərin idarə edilməsi üzrə müxtəlif yanaşma və təcrübələrin müzakirəsi şəraitində keçiriləcək.

"Forum dünya maliyyə böhranı dövründə mümkün itkilərin minimallaşdırılması istiqamətində, həmçinin risklərin daha yaxşı idarə edilməsi üzrə biliklərin artırılmasına kömək edəcək", - Məmmədli qeyd edib.

Tədbirə ölkənin bank dairələrinin, AMB-nin, ATM-in, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə yanaşı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Bakı ofisinin, peşəkar risk-menecerlərin beynəlxalq və Azərbaycan assosiasiyalarının, İsveçrənin FRS Global (qlobal maliyyə riskləri sistemi) şirkətinin, korporativ idarəetmə üzrə BMK layihəsinin nümayəndələri də dəvət olunublar. Tədbirdə iştirak üçün kommersiya banklarından sədrlər və müşahidə şuraları, idarə heyətləri və auditor komitələrinin üzvləri dəvət edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti