...

Azərbaycan bankı tarif siyasətinə yenidən baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaycanın Parabank-ı bu ay kredit və depozitlər üzrə faiz dərəcələrinə yenidən baxacaq", - xəzinədarlıq departamentinin direktoru Elnur Ağayev deyib.

"Bank hər yarım ildən bir öz tarif siyasətinə yenidən baxır, buna görə də bu ay kredit və depozitlər üzrə faiz dərəcələrinə yenidən baxılacaq, - Ağayev bildirib. - Bankın fiziki şəxslərlə fəal işləməsini nəzərə alaraq, verilən kreditlərə qoyulan haqların azaldılması da istisna olunmur".

Onun sözlərinə görə, bankın verdiyi kreditlərin orta faiz dərəcəsi ildə 26-27 faizdir və maksimum kredit müddəti iki ildir. Bankın verdiyi depozitlərin orta faiz dərəcəsi 17-17,5 faiz, onların maksimal müddəti isə dörd ildir.

İyunun sonuna olan məlumata görə, bankın kredit portfeli 49 milyon manat, depozit portfeli 45 milyon manat təşkil edib.

İyulun 6-na olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti