...

Azərbaycanın qlobal maliyyə böhranına reaksiyası tamamilə adekvatdır - Standard&Poor`s

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 20:54 (UTC +04:00)
Azərbaycan ortamüddətli perspektivdə qarşısında duran böyük imkanlardan istifadə edir ki, bu da onun suveren kredit reytinqlərinin cari səviyyəsinin saxlanmasına yardım edəcək. Bu barədə Standard&Poor`s Beynəlxalq reytinq agentliyinin "Azərbaycan qlobal maliyyə böhranına necə reaksiya verir" analitik xülasəsində bildirilir.
Azərbaycanın qlobal maliyyə böhranına reaksiyası tamamilə adekvatdır - Standard&Poor`s

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan ortamüddətli perspektivdə qarşısında duran böyük imkanlardan istifadə edir ki, bu da onun suveren kredit reytinqlərinin cari səviyyəsinin saxlanmasına yardım edəcək. Bu barədə Standard&Poor`s Beynəlxalq reytinq agentliyinin "Azərbaycan qlobal maliyyə böhranına necə reaksiya verir" analitik xülasəsində bildirilir.

"Ehtimal olunur ki, Azərbaycan ortamüddətli perspektivdə aktivlərini artırmağı və neft gəlirlərinin bir hissəsini daha vacib infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün istifadə etməyi davam etdirəcək", - xülasədə deyilir.

Agentlik güman edir ki, xarici sərmayədarlarla qurulan normal münasibətlər sayəsində birbaşa xarici investisiyalar (BXİ) ölkəyə yatırılmaqda davam edəcək. 2008-ci ildə BXİ 3,4 milyard dollar təşkil edib, 2009-cu ilin birinci yarısında isə bu göstərici bir milyard dollar təşkil edib. Gözlənilir ki,10 milyard dollar həcmində vəsait böyük neft yatağı "Azəri-Çıraq-Günəşli"-də hasilatın artırılmasına qoyulacaq. 20 milyard dollar həcmində vəsaitin "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin maliyyələşdirilməsi çərçivəsində alınma imkanı mövcuddur.

Agentliyin analitiklərin fikrincə, xarici likvidliyin göstəricisi də yaxşılaşmalıdır.

Hesab edirik ki, neft sənayesinin digər xammal sahələrinə yönələn birbaşa xarici investisiyaları və kreditlərin səviyyəsi dünya iqtisadi böhranına baxmayaraq pis olmayacaq. "BXİ Azərbaycanın xarici likvidliyini qoruyur və neft sektorunda baş verə biləcək bütün problemlər zamanı ümumilikdə ölkənin iqtisadiyyatının və ixracının ortamüddətli inkişaf perspektivlərinə müsbət təsir edir", - hesabatda bildirilir.

Agentlik hesab edir ki, Azərbaycanın qlobal maliyyə böhranına reaksiyası tamamilə adekvatdır - bu, xüsusən "monetr siyasət" və maliyyə sistemləri sahələrində aiddir.

"Cari məlumat əsasında ilk öncə neft hasilatı və neftin qiymətlərini, həmçinin Azərbaycanın dövlət sektorunun müsbət balansını nəzərə alaraq gələcəkdə Azərbaycanın suveren kredit reytinqinin azalması təhlükəsinin olmaması barədə danışmaq olar", - hesabatda deyilir.

Azərbaycanın hakimiyyət orqanları tərəfindən qəbul edilən "monetr siyasətə" cavab verən tədbirləri agentlik əhəmiyyətli və səmərəli hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti