...

Azərbaycanda həftə ərzində "donuz qripi"nə yoluxanlarla ünsiyyətdə olan şəxslərin sağlamlıq vəziyyəti ilə bağlı monitorinq keçiriləcək – ÜST-nin Bakı nümayəndəliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2009 17:32 (UTC +04:00)
Hazırda Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən "donuz qripi"nə (A/H1N1) yoluxanlarla ünsiyyətdə və təmasda olan şəxslərin bütün dairəsi yoxlanılır.
Azərbaycanda həftə ərzində "donuz qripi"nə yoluxanlarla ünsiyyətdə olan şəxslərin sağlamlıq vəziyyəti ilə bağlı monitorinq keçiriləcək – ÜST-nin Bakı nümayəndəliyi

Azərbaycan, Bakı, 30 iyul / Trend , Ü.İsmayılova /

Hazırda Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən "donuz qripi"nə (A/H1N1) yoluxanlarla ünsiyyətdə və təmasda olan şəxslərin bütün dairəsi yoxlanılır. Bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə proqram koordinatoru Elxan Qasımov deyib.

"Bu siyahıya yalnız xəstələrlə səyahət edən şəxslər deyil, bu vaxt ərzində onlarla əlaqəsi olan qohumları və tanışları da daxildir",- Qasımov deyib.

Qasımov xəstələrin adını və yaşını açıqlamayıb və deyib ki, xəstələr Paris-Bakı və London-İstanbul-Bakı reysi ilə uçublar.

Onun sözlərinə görə, iyulun 27-də Parisdən gələn birinci xəstə qadındır. Onun gəlişinin məqsədi turist səfəridir. Xəstə artıq iyulun 29-da səhhətində problem hiss edib və həmən tibb müəssisəsinə müraciət edib. Orada dərhal analiz götürülüb və nəticə müsbət olub. Hazırda xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

İkinci xəstə iyulun 29-da Bakıya İngiltərədən, turist səfərindən qayıdıb. Xəstədə hərarətin olduğunu Bakı aeroportunda quraşdırılmış "termosensor" aşkarlayıb.

"Siyahıya daxil olan bütün şəxslərin sağlamlıq vəziyyətinin monitorinqi həftə ərzində keçiriləcək", - Qasımov deyib.

Səhiyyə Nazirliyindən cümə axşamı verilən məlumatda deyilir ki, bu, Azərbaycanda "donuz qripi"nə ilk yoluxma faktıdır.

"Donuz qripi"nə ilk yoluxma faktı Fransa (27 iyul) və Böyük Britaniyadan (29 iyul) gələn Bakı və Gəncə sakinlərində aşkarlanıb.

Xəstələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir və onlar həkimlərin nəzarəti altında müalicə alırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti